Interposta.Info

Millimizdən Olimpiadada növbəti qələbə

İdman
 1-10-2018, 10:50     10 452

Gürcüstanın Batumi şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasında kişilərdən ibarət millimiz altıncı qələbəsini qazanıb.

BakuPost xəbər verir ki, millimiz turnirin VI turunda Çexiya ilə qarşılaşıb və 3:1 hesabı ilə qalib gəlib.

Ağ fiqurlarla oynayan Şəhriyar Məmmədyarov və Arkadi Naydiç qələbə qazanıb. Qara fiqurlarla çıxış edən Teymur Rəcəbovla Rauf Məmmədovheç-heçə edib. Bununla da xalını 12-yə çatdıran millimiz turnir cədvəlinin ilk sırasındakı mövqeyini yaxşılaşdırıb.

Qadınlardan ibarət millimiz isə turnirin VI turunda Latviya ilə qarşılaşıb və 2,5:1,5 hesabı ilə qalib gəlib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26