Interposta.Info

Millimizin üzvü Almaniyada

İdman
 28-01-2017, 20:31     690

Millimizin üzvü Almaniyada

Almaniya II Bundesliqasında XVIII turun oyunları keçrilir. interposta.info Fanat.Az istinadən xəbər verir ki, milli komandamızın üzvü Dmitri Nazarovun komandası “Aue” “Haydenhaym”ı qəbul edib.

Oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Dmitri Nazarov 69-cu dəqiqədə Adlerin yerinə oyuna girib. Millimizin üzvü matçın sonunda komandasının qələbə qolunu vurub. Bu onun "Aue"nin heyətində vurduğu ilk qol olub.

Qeyd edək ki, bu qələbədən sonra aktivində 16 xal olan “Aue” turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26