Interposta.Info

Dadaşov qolunu babasına həsr etdi

İdman
 27-09-2021, 12:06     349

Portuqaliya təmilçisi "Tondela"nın formasını geyinən millimizin üzvü Renat Dadaşov ölkə çempionatında vurduğu qolunu yenicə dünyasını dəyişmiş babasına həsr edib.

22 yaşlı hücumçu bu barədə instaqram hesabında bildirib. Futbolçu həyatının ən pis xəbərlərindən birini aldığını vurğulayıb: "Matçdan sonra oyunlarımı bir daha canlı olaraq izləyə bilməyəcəyini öyrəndim. Baba, hər şey sənin üçün idi. Kaş, bu anları görə bilərdin. Əminəm ki, görürsən. Səndən ötrü sonsuza qədər darıxacağam".

Portuqaliya çempionatının 7-ci turu çərçivəsində "Tondela" doğma meydanda "Famalikan"la qarşılaşıb. Meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşan matçda Dadaşov qələbə qolunun müəllifi olub. Millimizin üzvü oyundan sonra paltardəyişmə otağında babasının vəfat etdiyini öyrənib.

Müqavilə ilə İngiltərənin klubu "Vulverhempton" məxsus olan Renat Dadaşov Portuqaliya təmsilçisində icarə əsasında forma geyinir./qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26