Interposta.Info

Rüfət Dadaşovdan Almaniyada daha iki qol

İdman
 9-04-2018, 11:21     10 622

Milli komandamızın sabiq üzvü Rüfət Dadaşovun çıxış etdiyi “Dinamo” Almaniyanın Şimal-Şərq Regional Liqasında növbəti oyununu keçirib.

Qol.az-ın məlumatına görə, Berlin təmsilçisi öz meydanında “Germania Halberştadt” ilə qarşılaşıb. Görüş “Dinamo”nun 4:2 hesablı qələbəsi ilə başa çatıb.

Start heyətdə meydana çıxan Dadaşov fasilədə əvəzlənib. O, bu müddət ərzində rəqib qapısından iki top keçirib. Bununla da 26 yaşlı forvard bu mövsüm vurduğu qolların sayını 26-a çatdırıb.

Qeyd edək ki, “Dinamo” hazırda 52 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

Əlavə edək ki, Rüfət Dadaşov növbəti mövsümdən 3-cü Bundesliqa təmsilçisi “Proyssen”də çıxış edəcək.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26