Interposta.Info

Ozobiç "Qarabağ"a qələbə qazandırdı

 

İdman
 20-09-2021, 22:44     371

u gün Azərbaycan Premyer Liqasında 4-cü tura yekun vurulub.

"İnterPosta" xəbər verir ki, turun son matçı "Qarabağ" - "Sumqayıt" olub. "Azərsun Arena"da baş tutan görüşdə meydan sahibləri 2:0 hesabı ilə qalib gəlib. Qurban Qurbanovun komandasından hər iki qolu Filip Ozobiç (42-p., 90+5) rəqib qapısından keçirib.

Bu qələbədən sonra "Qarabağ" hazırda 10 xalla ikinci pillədə qərarlaşıb. Ağdam təmsilçisi eyni xala malik turnir cədvəlinin lideri "Qəbələ"dən top fərqində geri qalır./qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26