Interposta.Info

Əməkdar rəssam Namiq Dadaşov vəfat etdi

Mədəniyyət
 7-10-2021, 21:51     535


Azərbaycan Rəssamlar İttifaqının üzvü, Respublikanın Əməkdar rəssamı, heykəltəraş Namiq Dadaşov vəfat edib.

Bu barədə APA-ya Rəssamlar İttifaqından məlumat verilib.

Bildirilib ki, 76 yaşlı rəssam bu gün vəfat edib.

Qeyd edək ki, Namiq Dadaşov 1945-ci ildə anadan olub. Mədəniyyət Nazirliyi tərəfindən sifariş olunan 15 ədəddən artıq xatirə medallarının müəllifidir. Namiq Dadaşov bir çox Beynəlxalq sərgilərin, həmçinin, fərdi və qrup sərgilərinin iştirakçısı olub. Əsərləri Gürcüstan, Hollandiya, İtaliya, İngiltərə, Türkiyə, Fransa və digər ölkələrdə sərgilənib.

Allah rəhmət eləsin.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26