Interposta.Info

Azərbaycanın yeganə keçəçi-rəssamı vəfat etdi

Müxtəlif
 17-04-2021, 16:27     125

Tanınmış keçəçi-rəssam Rauf İsmayılov vəfat edib.

"İnterPosta" xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Sənətkarın aprelin 14-də vəfat etdiyi bildirilib.

Qeyd edək ki, Rauf Əbdülhüseyn oğlu İsmayılov 28 iyun 1957-ci ildə Mingəçevir şəhərində anadan olub.

"Ana məhəbbəti”, "Hünər meydanı”, "Fəryad”, "Gəl rəqs edək”, "Gecə görüntüləri”, "Qurtuluş”, "Məhəbbət sorağında”, "Tənha ağac” kimi əsərlərin müəllifi R.İsmayılov 2002-ci ildə "Humay” Milli mükafatına, 2005-ci ildə Azərbaycan Rəssamlar İttifaqının təsis etdiyi "Soltan Məhəmməd” adına xüsusi mükafata, 2005-2006-cı illərdə İran İslam Respublikasının, 2006-cı ildə Alman səfirliklərinin xüsusi diplomlarına layiq görülüb.

Rəssamın "Həyatın bir anı” (Bakı, 2006), "Ulu sənət” (2009), "Ulu xalq-ulu sənət” (2010) adlı fərdi sərgiləri təşkil olunub.

Rauf İsmayılov Azərbaycanda keçə sənəti ilə məşğul olan ilk və yeganə rəssam idi.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26