Interposta.Info

Rauf Talışinski vəfat etdi

Ölkə
 8-05-2018, 13:18     10 473

"Exo” qəzetinin və echo.az saytının təsisçisi və baş redaktoru Rauf Talışinski 62 yaşında vəfat edib.

Bu barədə "Report”a echo.az saytının redaksiyasından məlumat verilib.

Allah rəhmət eləsin!

Rauf Talışinski 16 noyabr 1956-cı ildə Azərbaycanın tanınmış ziyalı və zadəgən ailələrindən birində anadan olub. 1978-ci ildə Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.

"Molodyoj Azerbaydjana", "Vışka" və "İzvestiya" kimi qəzetlərdə çalışıb. 1990-cı ildən "Ayna"/ "Zerkalo" qəzetinin rəhbərlərindən biri olaraq müasir Azərbaycan jurnalistikasının formalaşmasında böyük rol oynayıb.

Rauf Talışinski 27 Yanvar 2001-ci ildən "Exo” qəzetinin baş redaktoru idi. Rauf Talışinski jurnalistikanın inkişafındakı xidmətlərinə görə "Əməkdar jurnalist” fəxri adına layiq görülüb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26