Interposta.Info

Millimizin üzvü Almaniyada ən yaxşı oyunçu seçildi

İdman
 13-12-2017, 07:34     10 525

Millimizin futbolçusu Dmitri Nazarovun çıxış etdiyi “Erzgebirge”də bu ilin ən yaxşı oyunçusu müəyyənləşib.

Qol.az-ın yaydığı xəbərə görə, 1400 azarkeş arasında keçirilən səsvermənin yekun nəticəsinə əsasən, D.Nazarov ən yaxşı oyunçu seçilib. O, səslərin 33 faizini toplayıb. Komandanın kapitanı Martin Mannel ikinci (26 faiz), Kristian Tiffert üçüncü (12 faiz) olub.

Qaliblər uşaqlar üçün təşkil olunmuş yeni il şənliyində mükafatlandırılıblar.

Qeyd edək ki, D. Nazarov 2017-ci ildə Aue təmsilçisi ilə Almaniya ikinci Bundesliqasında 11 qol vurub.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26