Interposta.Info

Ronaldu Messini qabaqladı, tarixin ən yaxşı futbolçusu seçildi

İdman
 2-04-2020, 18:46     440

İspaniyanın "Marca" nəşri oxucuları arasında tarixin ən yaxşı futbolçusunu müəyyənləşdirmək üçün səsvermə keçirib.

Səsvermə pley-off formatında təşkil edilib. Burada oxucular əfsanəvi oyunçudan birini seçməli olub, qalib gələn isə növbəti mərhələyə keçib.

Final duelində Lionel Messi ("Barselona", İspaniya) və Kriştianu Ronaldu ("Yuventus", İtaliya) üz-üzə gəliblər. Ronaldu səslərin 54 faizini toplayaraq ən yaxşı oyunçu adını qazanıb.

Səsvermədə finala gedən yolda portuqaliyalı hücumçu Paolo Maldini, Zinəddin Zidan və Dieqo Maradonanı qabaqlayıb. Messi isə öz növbəsində Ferenç Puskas, Alfredo Di Stefano və braziliyalı Ronaldoya qalib gəlib.

Ronaldo Maradonadan iki faiz çox səs toplayaraq üçüncü yeri tutub./report

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26