Interposta.Info

Millimizin yeni reytinqi - FİFA açıqladı

İdman
 11-08-2017, 18:49     10 498

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

Qol.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, ötən ayla müqayisədə millimiz 1 pillə irəliləyib. Ötən ay oyun keçirməyən Robert Prosineçkinin komandası 427 xalla 79-cu pillədə qərarlaşıb.

Yığmamızın "DÇ-2018"in seçmə mərhələsindəki rəqiblərindən Almaniya 1549 xalla 2-ci (-1), Şimali İrlandiya 897 xalla 23-cü (-1), Çexiya 714 xalla 40-cı (0), Norveç 391 xalla 85-ci (+3), San Marino isə 12 xalla 204-cü (0) yerdə qərarlaşıb.

Qeyd edək ki, siyahının ilk pilləsində 1604 xalla Braziliya , üçüncü pilləsində 1399 xalla Argentina qərarlaşıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26