Interposta.Info

Almaniyanın "qol maşını" Azərbaycan millisində

İdman
 27-01-2017, 13:14     607

Almaniyanın "qol maşını" Azərbaycan millisində

FIFA tərəfindən əslən Azərbaycanlı olan Renat Dadaşovun Azərbaycan millisinin heyətində oynamasına icazə verilib.

interposta.info xəbər verir ki, BAKU.WS-in məlumatına görə, bu qərar AFFA-nın müraciətindən sonra reallaşıb.

Almaniyanın U-17 və U-19 yaşadək yığmalarında forma geyinmiş futbolçu Azərbaycanda keçirilmiş Avropa çempionatında da iştirak edib.

Almaniya yığmasında hücumçu mövqeyində oynamış futbolçu 20 rəsmi oyunda 17 qol vuraraq adını tanıdıb. Futbolçu hazırda "Ayntraxt Frankfurt"un U-19 komandasında forma geyinir. Futbolçunun tranfer qiyməti 200 min avrodur.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26