Interposta.Info

“2500 avroya oynayan futbolçuya 1 mln $ verib” –

Paradoks
 25-03-2017, 20:13     693

Almaniyanın məşhur “Bild” nəşri millimizi seçən Renat Dadaşovla bağlı şok iddia irəli sürüb.

Azərbaycan 24 xəbər verir ki, həmkarlarımız daha əvvəl Almaniyanın gənclərdən ibarət millisində oynayan futbolçunun Azərbaycan millisini seçməsinin təfərrüatlarını yazıb.
“2500 avroya oynayan futbolçuya 1 mln $ verib” –

Mənbə bildirilir ki, gənc hücumçu böyük pullar qarşılığında millimizdə oynamağa razılıq verib: “Renat Dadaşov kimi futbolçunun Azərbaycan millisini seçməsi qəribədir. O, 17 yaşlı istedadlı futbolçudur, Almaniyada daha parlaq karyerası ola bilərdi. Çünki o, Almaniyanın 17 yaşlılardan ibarət millisində uğurlu çıxış edirdi, özünü yaxşı tərəfdən göstərmişdi. Onun Azərbaycan millisini seçməsində pul böyük rol oynayıb. O, 1 milyon dollar və ev qarşılığında Azərbaycan millisini seçib. “Leyptsiq”da ayına 2500 avro alan futbolçu böyük pullar qazanmaq üçün Azərbaycan millisində oynamağa razılıq verib”.
Qeyd edək ki, Renatın DÇ-2018-in seçmə mərhələsində sabah baş tutacaq Azərbaycan – Almaniya oyununda millimizin heyətində debüt edəcəyi gözlənilir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26