Interposta.Info

AFFA-ya 1 milyon dollarlıq

İdman
 29-03-2017, 11:28     509

Azərbaycan millisinin üzvü Renat Dadaşovla bağlı yeni iddia səslənib. 18 yaşlı forvardın millimizdən imtina edə biləcəyi iddia olunub.

Bu barədə Almaniya mətbuatı məlumat yayıb. Həmkarlarımız iddia edir ki, Azərbaycan - Almaniya oyununda oynamaq şansı qazanmaması gənc futbolçunu narahat edir. Bu səbəbdən o, qərarını dəyişə bilər. Almaniya millisi üçün qapıları bağlamayan Renat yığmamızda debüt etmədiyi üçün qərarını dəyişmək hüququ var.

Qeyd edək ki, "Bild" qəzeti Renatın Azərbaycan millisində oynamaq üçün AFFA-dan 1 milyon dollar pul və ev aldığını iddia etmişdi./Fanat.Az

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26