Interposta.Info

Məşhur futbolçu intihar etdi

İdman
 27-08-2018, 13:03     10 477

Fildişi Sahili milli komandasının sabiq üzvü Emanuel Ebue intihar edib.

Milli.Az xəbər verir ki, veteran futbolçu ötən gün bacısının Londondakı evində özünü asıb. Uzun müddətdi depressiyada olan sabiq müdafiəçi bacısının evində ölü vəziyyətdə tapılıb.

"Arsenal" və "Qalatasaray" kimi klublarda forma geyinmiş cinah müdafiəçisi intihar etməzdən əvvəl hansısa qeyd yazmayıb. London polisinin yaxın saatlarda məsələ ilə bağlı rəsmi açıqlama verəcəyi gözlənilir.

Qeyd edək ki, keçmiş həyat yoldaşı 35 yaşlı futbolçunun var-dövlətini əlindən alıb. O, sonuncu dəfə Liverpul şəhərində mənzillərin birində yanğına səbəb olduğu üçün İngiltərə polisi tərəfindən həbs olunub.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26