Interposta.Info

Türkiyədə tanınmış klubun futbolçusu intihar etdi —

İdman
 24-04-2017, 12:19     672

Türkiyənin "Gaziantepspor" klubunun futbolçusu intihar edib.

31 yaşlı Frantisek Rajtoral yaşadığı evin tavanından asılı vəziyyətdə tapılıb. Rajtoral eyni zamanda Çex milli komandasının da müdafiəçisi olub.

Futbolçunun ölümündəki sirr pərdəsi aralanır. Evdən çex dilində tapılan məktub tərcümə edilib. Rajtoralın ailə problemləri səbəbindən intihar etdiyi təxmin edilir.

Hadisə Qaziantep şəhərində baş verib. Mərhumun meyiti məhkəmə tibbi ekspertizasına aparılıb. Jandarma futbolçunun sevgilisindən ayrıldığına dair iddiaları da araşdırır.

Futbolçunun məşqlərdə iştirak etmədiyindən şübhələnən komanda yoldaşları vəziyyəti rəhbərliyə bildiriblər. Klub rəhbərliyi isə polisi məlumatlandırıb. Futbolçular, jandarma və klub rəhbərliyi Rajtoralın evinə gediblər. Evin işıqları yanılı olsa da, qapını açan olmayıb. Jandarma qapını qırıb içəri girəndə futbolçunun cansız meyiti ilə qarşılaşıb.

Rajtoral 1986-cı ilin 12 mart tarixində anadan olub. Çex respublikasının milli yığmasında top qovan futbolçu 2016-cı ildən "Gaziantepspor" klubuna transfer edilib./ölkə.az

interposta.infoTürkiyədə tanınmış klubun futbolçusu intihar etdi —

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26