Interposta.Info

Braziliyalı futbolçu rəsmən

İdman
 28-02-2017, 14:56     596

Braziliyalı futbolçu rəsmən

AFFA-nın baş katibi Elxan Məmmədov “Qarabağ”ın yarımmüdafiəçisi Riçard Almeyda ilə görüşüb. interposta.info qurumun "Facebook" səhifəsinə istinadən xəbər verir ki, görüş zamanı braziliyalının Azərbaycan millisində iştirakı müzakirə olunub.

Almeyda Azərbaycan milli komandasında oynamaqla bağlı AFFA-nın təklifini müsbət qarşıladığını bildirib. Bu il onun Azərbaycanda yaşamağının 5 ili tamam olduğunu nəzərə alan federasiya müvafiq prosedurlara başlayıb.

İyun ayında 5 ili tamam olacaq Almeyda həmin vaxtdan etibarən Azərbaycan yığmasının formasını geyinəcək.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26