Interposta.Info

Braziliyalı futbolçu qətlə yetirildi

İdman
 30-10-2018, 08:37     10 395

Braziliyanın 2-ci liqa təmsilçisi “San-Bento” klubunun yarımmüdafiəçisi Daniel Korrea Freytas evində ölü tapılıb.

“Qafqazinfo” “Sporx”a istinadən xəbər verir ki, onun boğazından aldığı 2 bıçaq zərbəsi ilə qətlə yetirildiyi məlum olub.

Klubdan verilən açıqlamada futbolçunun ailəsinə və yaxınlarına başsağlığı verilib.

Qeyd edək ki, müqavilə ilə “San-Paulu” klubuna məxsus olan 24 yaşlı futbolçu iki mövsümdür “San-Bento”da forma geyinirdi.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26