Interposta.Info

Yoluxanların sayı açıqlandı

 

Gündəm
 30-07-2022, 18:26     384

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 393 yeni yoluxma faktı qeydə alınıb, 302 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "İnterPosta"ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 789404 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 786358 nəfər müalicə olunaraq sağalıb, 9747 nəfər vəfat edib, aktiv xəstə sayı 2299 nəfərdir.

Ölkədə son sutka ərzində 2952, hazırkı dövrədək isə 7042298 test aparılıb.

Ötən sutkada koronavirus əleyhinə 1994 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 340, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 164, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1241, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 249 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13816322, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5366563, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4857770, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3337654, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 254336 nəfər təşkil edir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26