Interposta.Info

Son sutkanın yoluxma statistikası

Ölkə
 13-04-2022, 18:00     315

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 16 yeni yoluxma faktı qeydə alınıb, 41 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "İnterPosta"ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 792 305 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 416 nəfər müalicə olunaraq sağalıb, 9 704 nəfər vəfat edib, aktiv xəstə sayı 185 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 343, ötən müddət ərzində isə ümumilikdə 6 755 203 test aparılıb.

Ötən sutkada koronavirus əleyhinə 8 233 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 582, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 677, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 6 498, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 476 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 567 201, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 332 288, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 834 400, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 165 753, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 234 760 nəfər təşkil edir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26