Interposta.Info

Son sutkada yoluxanların sayı açıqlandı

Ölkə
 10-02-2022, 22:51     347

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 7 632 yeni yoluxma faktı qeydə alınıb, 5 797 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "İnterPosta"ya verilən xəbərə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 725 777 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 665 909 nəfər müalicə olunaraq sağalıb, 8 972 nəfər vəfat edib, aktiv xəstə sayı 50 896 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 19 491, ötən müddət ərzində isə ümumilikdə 6 335 593 test aparılıb.

Ötən sutkada koronavirus (COVID-19) əleyhinə 43027 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3145, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2039, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 37843 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 12 349 272, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 258 618, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 758 803, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 2 331 851 təşkil edir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26