Interposta.Info

Koronavirusa yoluxanların bu günə olan statistikası

Ölkə
 29-11-2021, 16:53     284

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 857 yeni yoluxma faktı qeydə alınıb, 1 091 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 26 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 586 640 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 552 815 nəfər müalicə olunaraq sağalıb, 7 833 nəfər vəfat edib, aktiv xəstə sayı 25 992 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 594, ötən müddət ərzində isə ümumilikdə 5 526 664 test aparılıb.

Bu gün koronavirus (COVID-19) əleyhinə 297 vaksin vurulub.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 66, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 14, buster doza üzrə vaksinasiya olunanların sayı isə 217 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 10 486 947, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 074 341, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 559 877, buster doza üzrə vaksinasiya olunanların sayı isə 852 729 təşkil edir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26