Interposta.Info

Ötən sutkanın yoluxma statistikası

Ölkə
 30-12-2021, 17:46     572

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 510 yeni yoluxma faktı qeydə alınıb, 1 039 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "İnterPosta"-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 14 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 616 352 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 598 793 nəfər müalicə olunaraq sağalıb, 8 346 nəfər vəfat edib, aktiv xəstə sayı 9 213 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 771, ötən müddət ərzində isə ümumilikdə 5 853 336 test aparılıb.

Ötən sutkada koronavirus əleyhinə 32103 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2794, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3591, buster doza üzrə vaksinasiya olunanların sayı isə 25718 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11318107, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5166741, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4673411, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1477955 təşkil edir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26