Interposta.Info

Yoluxma statistikası açıqlandı

 

Ölkə
 4-11-2021, 15:58     52 352

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2706 yeni yoluxma faktı qeydə alınıb, 1937 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "İnterPosta"ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 539 710 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 501 508 nəfər müalicə olunaraq sağalıb, 7182 nəfər vəfat edib, aktiv xəstə sayı 31 020 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 350, ötən müddət ərzində isə ümumilikdə 5 243 038 test aparılıb.

Ötən sutkada koronavirus əleyhinə 45041 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 6583, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 9746, buster doza üzrə vaksinasiya olunanların sayı isə 28712 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 9798866, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4980307, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4406811, buster doza üzrə vaksinasiya olunanların sayı isə 411748 təşkil edir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26