Interposta.Info

Son sutkanın yoluxma statistikası

Ölkə
 11-06-2022, 17:33     492

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 7 yeni yoluxma faktı qeydə alınıb, 10 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "İnterPosta"-ya verilən məlumata görə, ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 792 870 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 086 nəfər müalicə olunaraq sağalıb, 9 715 nəfər vəfat edib. 69 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 468, bu günə qədər isə ümumilikdə 6 921 407 test icra olunub.

Ötən sutkada koronavirus əleyhinə 1 920 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 274, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 240, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1 288, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 118 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 743 509, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 350 763, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 850 905, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 294 460, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 247 381 nəfər təşkil edir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26