Interposta.Info

Son sutkada yoluxma qeydə alınmadı

Ölkə
 16-05-2022, 21:15     212

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına yeni yoluxma faktı qeydə alınmayıb, 5 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "İnterPosta"-ya verilən məlumata görə, ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 792 673 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 917 nəfər müalicə olunaraq sağalıb, 9 709 nəfər vəfat edib. 47 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 966, bu günə qədər isə ümumilikdə 6 855 188 test icra olunub.

Son sutkada koronavirus əleyhinə vaksin vurulmayıb.

Vurulan vaksinlərin ümumi sayı 13 687 648, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 343 839, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 844 047, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 256 620, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 243 142 nəfər təşkil edir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26