Interposta.Info

Ötən gün neçə nəfər koronavirusa yoluxub?

Ölkə
 1-03-2022, 18:02     260


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 832 yeni yoluxma faktı qeydə alınıb, 2 329 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "İnterPosta"ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 21 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 786 502 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 767 702 nəfər müalicə olunaraq sağalıb, 9 438 nəfər vəfat edib. 9 362 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 865, bu günə qədər isə ümumilikdə 6 563 829 test icra olunub.

Ötən sutkada koronavirus əleyhinə 35 481 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2005, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2071, 3 və daha çox doza üzrə vaksinasiya olunanların sayı 29607, pozitiv nəticədən sonra buster doza olunanların sayı isə 1798 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 017 868, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 300 633, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 786 953, 3 və daha çox doza üzrə vaksinasiya olunanların sayı 2 724 169, pozitiv nəticədən sonra buster doza olunanların sayı isə 206 113 təşkil edir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26