Interposta.Info

Azərbaycanda yoluxma rekordu qeydə alındı

 

Ölkə / Manşet
 4-02-2022, 17:35     355

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 7 050 yeni yoluxma faktı qeydə alınıb, 3 435 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "İnterPosta"ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 26 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 683 476 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 637 429 nəfər müalicə olunaraq sağalıb, 8 823 nəfər vəfat edib. 37 224 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 19 481, bu günə qədər isə ümumilikdə 6 227 883 test icra olunub.

Ötən sutkada koronavirus əleyhinə 35 400 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 989, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 811, buster doza üzrə vaksinasiya olunanların sayı isə 30 600 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 12 149 831, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 242 827, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 748 738, buster doza üzrə vaksinasiya olunanların sayı isə 2 158 266 təşkil edir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26