Interposta.Info

Dünən Şəmkirdə yanan ev sabiq deputata məxsusdur: “Olur belə hallar”

Gündəm
 18-05-2022, 18:24     337

Dünən Şəmkir şəhərində yanan ikimərtəbəli ev sabiq deputat Sona Əliyevaya məxsus olub.

Sona Əliyeva hadisə ilə bağlı Azxeber.com-a açıqlama verib.

O qeyd edib ki, ev qayınatasına məxsus olub:

“Yanan ev mənim qayınatama məxsusdur, mən bu evə gəlin gəlmişəm. Uzun illərdir ki, bu evdə yaşayırıq. Yəni ev mənim ailəmə məxsusdur. Amma sənəd üzrə qayınatama məxsusdur”.

Sona Əliyeva həmçinin bildirib ki, xəsarət alan yoxdur və evə ciddi ziyan dəyməyib:

“Amma ciddi bir şey baş verməyib. Qaraj yanıb. Yataq otağının biri çox yüngül yanıb. Başqa heç bir şey yoxdur. Sadəcə his, tüstü var, ev çirklənib. Başqa heç bir şey yoxdur. Hamısı qaydasındadır. Salamatlıqdır. Rayon evləri köhnə evlərdir, olur belə hallar, qısaqapanma baş verir”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26