Interposta.Info

SON DƏQİQƏ: Azərbaycanda eks deputatın evi yandı

Ölkə
 17-05-2022, 09:38     260

Bu gün Şəmkir şəhərində iki mərtəbəli evdə yanğın hadisəsi baş verib.

"İnterPosta" qaynarinfo-ya istinadən bildirir ki, yanan ev eks-deputat Sona Əliyevaya məxsus olub.

Belə ki, vətəndaş Fuad Taptıq oğlu Süleymanova məxsus ümumi sahəsi 280 kvadratmetr olan ikimərtəbəli beşotaqlı fərdi yaşayış evinin birinci mərtəbəsindəki qarajda yanğın olub. Nəticədə qarajın yanar konstruksiyaları və içərisindəki avadanlıqlar ümumilikdə 20 kvadratmetr sahədə yanıb, ev yanğından mühafizə olunub.

Qeyd edək ki, Fuad Süleymanov Sona Əliyevanın qayınatasıdır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26