Dünən yanan bina Kəmaləddin Heydərovun imiş (FOTO)

Dünən Bakı şəhəri, Yasamal rayonu, Şəfaət Mehdiyev küçəsində yanan bina "Qoşa Park" yaşayış kompleksi "Gilan Holdinq"ə məxsusdur.
İnterPosta.info unikal.org-a istinadən xəbər verir ki, "Gilan Construction Group"a aid binanın ümumi sahəsi 64 092 m2-dır. Sözügedən binada 407 mənzil var. 2006-ci ildə tikintisinə başlanılan yaşayış kompleksi 2014-cü ildə təhvil verilib.
Qeyd edək ki, "Gilan Holdinq" fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovundur. Elə bu səbəbdən də Kəmaləddin Heydərov müavini Etibar Mirzəyevi dünən hadisə yerinə göndərib.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26