Interposta.Info

Mingəçevirdə məktəbli güllələndi- FOTO

Gündəm
 19-11-2021, 09:42     340

Mingəçevirdə orta məktəb şagirdi güllələnib.

Hadisə şəhərin "Energetiklər" yaşayış massivində məcburi köçkünlərin məskunlaşdığı "Yeni həyat" qəsəbəsində qeydə alınıb.

Məlumatda bildirilir ki, qəsəbənin park ərazisində iki şəxs arasında düşən mübahisə zəminində orta məktəb şagirdi güllələnib.

Belə ki, qəsəbə sakini əvvəllər məhkum olunmuş təxminən 40 yaşlarında olan Əlvan adlı şəxs odlu silahdan qəsəbənin digər sakini orta məktəb şagirdi K.O.-ya atış açıb.

O, təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub./unikal.org

Faktla bağlı araşdırma aparılır.

İnterPosta.info





Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26