Interposta.Info

Gəncədə kişi güllələnib - Təfərrüat

Ölkə
 11-10-2019, 17:49     10 415

Gəncə şəhərində odlu silahla qətlə yetirilən şəxsin adı məlum olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, vaqon deposu deyilən ərazidə ev tikintisi zamanı torpaq üstə mübahisə edərkən şəhər sakini, 1989-cu il təvəllüdlü Zeynalabdin Bəndər oğlu Kərimov odlu silahdan açılan atəş nəticəsində ölüb.

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

***

Gəncədə qətl törədilib

"Report"un Qərb Mərkəzinin məlumatına görə, bir nəfər (kişi) güllələnərək öldürülüb.

Hazırda hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26