Interposta.Info

İlahiyyatçı baş redaktor həbs edildi - Dövlətə xəyanətə görə

Gündəm
 21-10-2021, 19:10     377

İlahiyyatçı, Maide.az saytının rəhbəri Sərdar Babayev həbs edilib.

"İnterPosta" xəbər verir ki, bu barədə vəkil Cavad Cavadov məlumat verib.
O bildirib ki, S.Babayev Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham edilib və məhkəmənin qərarı ilə barəsində 4 ay həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Şeyx Sərdar Hacıhəsənli kimi tanınan Sərdar Babayev 2017-ci ildə dini təbliğat, dini ayin və mərasimlərin aparılması tələblərini pozmaqda ittiham edilərək 3 il müddətinə azadlıqdan məhrum edilib. 2020-ci il fevralında isə azadlığa buraxılıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26