Interposta.Info

Hacıbala Abutalıbovun "sağ əli" həbs edildi - YENİLƏNİB

Paradoks
 3-04-2021, 20:50     736

Keçmiş Aparat rəhbərinin nədə ittiham olunduğu açıqlandı

Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş Aparat rəhbəri Rasim Quliyevin nədə ittiham olunduğu məlum olub.

R.Quliyevin qardaşı, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev “Report”a bildirib ki, sabiq Aparat rəhbəri Cinayət Məcəlləsinin iki maddəsi ilə ittiham olunur:

“Rasim Quliyevin barəsində Cinayət Məcəlləsinin 314-2.3-cü (Qanunla müəyyən olunmuş qaydaları pozmaqla torpaq sahələri ayırma, yaxud tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb”.

B.Quliyev qərarla razılaşmadıqlarını və apellyasiya şikayəti verəcəklərini deyib.

Baş redaktor qeyd edib ki, R.Quliyev aprelin 2-də Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb və məhkəmənin qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

11:24

Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş aparat rəhbəri Rasim Quliyev həbs edilib.

"İnterPosta" unikal.org-a istinadla xəbər verir ki, R.Quliyev Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən yol verdiyi korrupsiya əməllərinə görə saxlanılıb.

Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, o, 2018-ci ildə bu vəzifəni tutub və Hacıbala Abutalıbovun bütün "qara işlərini" həyata keçirən şəxs olub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26