Interposta.Info

Mehman Əliyev haqqında 3 aylıq həbs qətimkan tədbiri seçilib

Ölkə
 25-08-2017, 17:47     10 671

"Turan" İnformasiya Agentliyinin baş direktoru Mehman Əliyev məhkəmə qərar verib.

Musavat.com xəbər verir ki, məhkəmənin qərarı ilə Mehman Əliyev barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

***

"Turan" İnformasiya Agentliyinin baş direktoru Mehman Əliyevə qarşı daha bir ittiham irəli sürülüb.

APA-nın məlumatına görə, vəkil Fuad Ağayev bildirib ki, M. Əliyev qanunsuz sahibkarlıqda da ittiham olunur.

Onun barəsində Cinayət Məcəlləsinin 192.2-ci (qanunsuz sahibkarlıq), 213.1-ci (vergi ödəməkdən yayınma və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə cinayət işi başlanıb.

Vəkilin sözlərinə görə, M. Əliyev istintaq orqanının təqdimatına əsasən, barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün Yasamal Rayon Məhkəməsinə aparılıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26