Interposta.Info

Azərbaycan İsraildən 2 milyardlıq silah alacaq - "İsrael Hayom"

Gündəm
 12-08-2021, 21:22     795


"Azərbaycan İsrail şirkətlərindən 2 milyard dollarlıq silah almaq üçün danışıqlar aparır". Bu haqda İsrailin nüfuzlu "İsrael Hayom" nəşri məlumat verib.

Nəşrə görə, yeni silahların alınması üçün iki əsas amil göstərilir. Birincisi Azərbaycan və Ermənistan arasında köhnə sərhədlər boyunca gərginliyin davam etməsidir. İkinci faktor kimi Azərbaycanın İkinci Dağlıq Qarabağ Müharibəsində qələbə qazanmasından sonra İsraillə münasibətlərinin dərinləşməsidir. "Bu yaxınlarda Azərbaycan İsraildə Ticarət və Turizm Palatasının tarixi açılışını həyata keçirib", - nəşr yazır.

Qeyd olunur ki, son günlərdə Azərbaycanın Müdafiə Nazirliyinin yük təyyarələri tez-tez İsrailin aeroportlarına enirlər. Bakı İsrail şirkətlərilə müxtəlif istiqamətlərdə danışıqlar aparır. Qarşıdakı aylarda yüz milyonlarla dollar dəyərində müqavilələrin imzalanması gözlənilir. "Bu sövdələşmələr silah alqı-satqısına qarşı ermənilərin təzyiqlərinə baxmayaraq, Bakı ilə münasibətlərin İsrail rəsmiləri üçün əhəmiyyətinin sübutu olacaq”,- nəşr vurğulayıb.

Bir məsələ də xatırlanır ki, Ermənistan İsraildə səfirlik açsa da, qısa müddətdən sonra səfirini "məsləhətləşmələr” üçün geri çağırıb. Çünki onun addımı Yerusəlimlə Bakı arasındakı münasibətlərə heç bir təsir göstərməyib./ordu.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26