Interposta.Info

Milli Elmlər Akademiyası və institutları ləğv edilir? - AÇIQLAMA

Gündəm
 11-09-2020, 09:39     805

Son dövrlər Azərbaycan Milli Elimlər Akademiyasının ləğv edilməsi ilə bağlı müəyyən fikirlər səsləndirilir. Ümumiyyətlə, Milli Elmlər Akademiyası ləğv edilərək başqa bir quruma çevrilə bilərmi?

Konkret.az-ın bununla bağlı sualını cavablandıran deputat Ramil Həsən bildirib ki, Milli Elimlər Akademiyası alimlərin, elm sahəsində araşdırma aparan insanların bir yerə toplaşdığı bir məkan kimi Sovvet dövründə yəni 1940-ci ilərdə yaradılıb:

“Avropa və Türkiyədə Milli Elimlər Akademiyası kimi xüsusi təşkilat fəaliyyət göstərmir. Təbii ki, alimlərin bir yerdə xüsusi araşdırma aparması üçün Elm Tədqiqat İnstitutları əsasən ABŞ-da və Avropada Universitetlərin bazalarında fəaliyyət göstərən çox böyük ciddi araşdırmalar aparan Elmi Araşdırmalar İnstitutu var. Milli Elimlər Akademiyası sovet dövründə qurulan strukturdur. Birbaşa təhsil sahəsində məşğul olmasam da, amma Avropada, Amerikada eyni zamanda Türkiyənin özündə olan təhsil sistemindən tanış olmaq imkanım olub. Ona görə də qeyd edə bilərəm ki, Milli Elimlər Akademiyasının bu gün həyata keçirdiyi prosesi dövlətin dəstək verib, sahib çıxdığı universitetlərin bazalarında yaradılacaq böyük Elmi Araşdırma İnstitutları həyata keçirə bilərlər. Bu gələcək üçün təklif olunan layihə ola bilər”.

Ramil Həsən fikrini belə tamamlayıb:

“Nəticə etibarı ilə bu da Azərbaycanda elmin inkişafı ilə bağlı müasir innovativ texnologiyalardan istifadə olunması, eyni zamanda dövrümüzün rəqəmsal imkanlarından daha geniş istifadə olunması və institutlar arasında sağlam, güclü rəqabətin formalaşmasına təkan verə bilər. Təsəvvür edin ki, Milli Elimlər Akademiyasının tərkibində fəaliyyət göstərən institutlar bir-biri ilə necə rəqabət apara bilər. Çünki onlar bir çətirin altındadır. Amma universitetlərin nəzdində profillərə uyğun daha güclü və dayanıqlı elmi bazalar şəklində formalaşdırıb, böyük dəstək verilərsə, alimlərimizin və elmizin inkişafında böyük xidmətləri olacaq. İnsanların o təhsil müəssisələrində rahat işləmələri üçün geniş şərait yaradıla bilər. Bundan əlavə onların maddi və mənəvi imkanları daha zəngin olmaqla yanaşı daha sağlam rəqabətin təməli qoyula bilər. Müasir bu proseslərdən geri qalmayaraq tariximiz, iqtisadiyyatımız və müxtəlif sferalarda ciddi araşdırmaların ortaya çıxmasına və ölkəmizin milli maraqlarına xidmət edəcək araşdırmaların ortaya çıxmasına səbəb ola bilər”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26