Azərbaycanda növbəti zəlzələ baş verib
Azərbaycanda növbəti yeraltı təkan baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən məlumata görə, ilkin məlumatlara əsasən, yerli vaxtla saat 17:27-də Ağdam ərazisində zəlzələ qeydə alınıb.
Zəlzələ episentrdə 4 bal, yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.
***
Azərbaycanda növbəti dəfə yeraltı təkanlar qeydə alınıb.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, təkanlar daha çox Ağdam, Bərdə və ətraf rayonlarda hiss edilib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya qeyd olunan ərazilərdə afterşokların olduğu bildirilib.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26