Interposta.Info

Fransanın gələcək birinci ledisi ərindən 25 yaş böyükdür

Gündəm
 24-04-2017, 12:23     497

"The Daily Mail" yazır ki, Fransanın potensial birinci ledisi ərindən 25 yaş böyükdür və Emmanuel Makrona orta məktəbdə dərs deyib.

İndi 64 yaşı olan Bricit Trogne bir vaxtlar Macron-a orta məktəbin dram dərnəyində müəllimlik edib.

Məqalədə deyilir ki, aralarında əsrin dörddə biri qədər yaş fərqi olan cütlük, rəy sorğularının nəticələrinə görə, böyük bir ehtimalla Yelisey sarayanın gələcək sakini olacaq. Bu da qeyd olunmalıdır ki, proqnozlar özünü doğrultsa 39 yaşlı Macron, həm də Fransa tarixinə ən gənc prezident kimi yazılacaq.

Qəzet yazır ki, onlar ilk dəfə görüşəndə Makron-un 15 yaşı vardı, lakin elə o vaxt o müəlliməsini mat qoyan bir vəd etmişdi.

"17 yaşında Emmanuel mənə dedi: Nə istəyirsən elə, mən səninlə evlənəcəyəm" - deyib xanım Trogne Paris Match jurnalına müsahibəsində.

Məqalədə deyilir ki, onların ciddi münasibətləri Makron, xanım Trognenin tamaşa parçalarında oynayandan başlanıb. O vaxt 18 yaşı olan Makron Fransanın şimalında yerləşən Amiens şəhərindəki özəl yezuit məktəbində oxuyurdu.

Həmin vaxtlarda soyadı Auziere olan Brigitte ərdə idi və üç uşaq anasıydı. O dram dərnəyinə başçılıq edirdi, yeniyetmə Emmanuel isə ədəbiyyat aşiqi idi və yazıçı olmaq istəyirdi. Onu dram dərnəyinə də elə bu arzusu gətirmişdi.

Bundan sonra, Emmanuel ali məktəbin son kursunu bitirmək üçün Parisə köçmüşdü, amma müəlliməsi ilə əlaqəsini itirməmişdi.
Makron xatırlayır ki, onlar daim bir-birlərinə zəng edər, saatlarla telefondan asılardılar.

Xanım Trogne isə bir televiziya sənədli filmində xatırlayırdı: "O yavaş-yavaş mənim bütün müqavimətimi yarırdı. İnanılmaz dərəcədə inadkar və səbirli idi".

Bricit bunu da yada salır ki, Makron adi bir yeniyetmə deyildi və öz yaşıdı olan qızlarla intim münasibətlərdə olmuşdu.

Məqalədə deyilir ki, sonunda Trogne ərindən rəsmən boşanaraq Emmanuelə qovuşmaq üçün Parisə köçüb və həmin vaxtdan bəri onlar heç vaxt ayrılmayıblar.

İki sevgili rəsmən 2007-ci ildə evləniblər, Bricit yeni ərinin soyadını götürməyib. O indi məhz Trogne soyadı ilə ərinin seçki kampaniyasında iştirak edir.

"Yox mən onu gizlətmirəm, - deyib Makron Fransa telekanallarından birinə, - O burada, mənim yanımda, mənim həyatımdadır".

Ötən ay Makronun çıxışından sonra ər-arvad səhnədə öpüşüblər. Makron tərəfdarlarına deyib ki, bu qadına borcludur, çünki onun formalaşıb indiki Makron olmasında Brigitte-in əvəzsiz rolu olub.

O çıxışlarında "əgər seçilsəm" yox, "əgər seçilsək" deyir.

Cənab Makron Parisin Nanterre Universitetində fəlsəfə ixtisası üzrə təhsil alıb və bundan sonra ölkənin elitar Ecole Nationale d'Administration (Milli İdarəetmə Məktəbi) akademiyasına daxil olub.

Bir neçə il dövlət qulluğunda çalışdıqdan sonra Makron Rothschild bankında işə başlayıb.
O, 2012-ci ildə Fransa prezidenti Fransua Ollandın iqtisadiyyat üzrə müşavirlərindən biri olmazdan əvvəl karyera nərdivanı ilə sürətlə qalxmış və artıq milyonların sahibi olmuşdu.

Bu ilin fevral ayında Macron gözlənilmədən onun barəsində yayılmış dedi-qodu ilə üzləşmişdi.

Bəziləri onun başqa bir kişi ilə arvadına sədaqətsizlik etdiyini deyirdilər. Onun siyasi rəqibləri hətta iddia edirdilər ki, Makronu "qüdrətli gey lobbisi" dəstəkləyir.

Makron Radio France stansiyasının baş direktoru Mathieu Gallet-lə aralarındakı homoseksual münasibətlərə dair şayiələri lağa qoyaraq rədd edib (BBC).

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26