Interposta.Info

Bricit Tronyönün birinci madamlığa gedən həyat hekayəsi

Dünya
 8-05-2017, 15:24     720

Dünən Fransada keçirilən prezident seçkilərində Emmnuel Makron qalib gəldikdən sonra, sözsüz ki, dünya ictimaiyyətinin gündəminə həm də ölkənin yeni birinci ledisi Bricit Tronyö gəldi.

Makron ilə Bricitin arasındakı əlaqə klişe mövzu deyil. Makronun müəlliməsi olmaqla başlanan münasibət aralarındakı yaş fərqinə baxmayaraq, cütlüyün evlənməsinə qədər gəlib çatıb.

1992-ci ildə onların münasibəti başlayanda Makron 15 yaşlı yeniyetmə, Bricit isə onun müəlliməsi idi. O dövrdən etibarən Bricit onun məsləhətçisi, həm də ilhamvericisi idi.

39 yaşlı Makron birinci turu keçdikdən sonra ilk dediyi söz bu idi: “Onsuz mən, mən olmazdım”.

64 yaşlı birinci ledinin 7 nəvəsi var. ABŞ-dan fərqli olaraq Fransa liderlərinin həyat yoldaşları ictimai əlaqələrdə o qədər də əhəmiyyətli rol oynamır.

Lakin görünən odur ki, Tronyö ilə bu ənənə dəyişəcək, çünki Makron seçildiyi təqdirdə administrasiyasında xanımına vəzifə verəcəyini açıqlamışdı.

Bricit Tronyö kimdir?

Tronyö 1953-cü ildə şokoladçı zəngin burjua ailəsində dünyaya gəlib. O, altı uşaqlı ailənin sonbeşiyi olub. Makron kimi o da Fransanın şimalından, Amiensdəndir.

Makronla tanış olmazdan öncə Tronyö sıradan bir həyat tərzi keçirirdi. O, fransız ədəbiyyatı, latın və dram dərslər verən müəllimə idi və bankir Andre Luis Auzere ilə evliydi. Bu evlilikdən onun üç övladı var.

2016-cı ildə “Paris Match” jurnalına müsahibəsində Bricit belə deyib: “Sevgi məndə yol aldı və boşanmağa qədər götürdü”.
2006-cı ildə Auzeredən boşanan Tronyö bir il sonra Parisə köçərək Makronla ailə həyatı qurur.

2015-ci ildə o, Parisin özəl orta məktəbindən istefa edərək karyerasından vaz keçir və bundan sonra bütün diqqətini Makrona verir. Həmin dövrdə Makron Fransanın iqtisadiyyat naziri idi.

France3 TV-nin hazırladığı sənədli verilişdə Bricit Emmanuel Makronun məşqçisi, rəhbəri kimi təsvir edilir. Bir epizodda görülür ki, Tronyö Makrona xalq önündə necə danışmağı və səsinin nə zaman qaldırmağın yerini öyrədir.

“Hər gecə biz bir yerdə oturur və bir-birimizdən eşitdiklərimizi təkrarlayırıq”- o, Paris Match-a bildirib.
Tronyö bildirib ki, Makronu qorumaq üçün hər şeyə diqqət etməlidir.

Makron Bricitlə evlənmək üçün onun övladlarına elçilik edib

Bricitin birinci evliliyindən olan Sebastyan, Laurense və Tifaninin Makron ilə əlaqələrinin çox yaxşı olduğu bildirildi, hətta prezident seçkiləri kampanyası dövründə Makronun partiyası “İrəli, Fransa”nın tişörtlərini də geyiniblər.

Tifani Auzer BFM TV –yə müsahibə verərək deyib ki, Makron anaları evlənmək üçün onlardan izn istəyib. “Bu çox güclü hərəkət idi, Makron bizim fikrimizi soruşduu və öyrənmək istədi ki, biz onların evlənməsini qəbul edirikmi. O, bunu etməyə də bilərdi” – Tifani bildirib.

Onların arasındakı ciddi münasibətin nə zaman başladığı bilinməsə də, Makron 17 yaşında olarkən Bricitə hər nə olursa-olsun onunla evlənəcəyini deyib və böyüdüyü Amieni oxumaq üçün tərk edib.

“Heç kim heç vaxt bizim əlaqəmizin nə zaman başladığını bilməyəcək, bu yalnız bizə aiddir və bizim sirrimizdir” – Tronyö deyib.

Makronun ailəsi Tronyönü qəbul etməyib

Reuters xəbər verir ki, Makron 18 yaşında olanda atası Bricitə deyib ki, oğlundan uzaq dursun. Hətta bu səbəbdən Makronu təhsil üçün uzağa göndəriblər.

Cütlüyün dostu Filip Besson da deyib ki, onların münasibətini heç kim qəbul etmirdi.

“Makron və Tronyö hər zaman onlara yönələn nifrət dolu baxışlarla qarşı-qarşıya qalıb. Buraya həm də ailənin qəbul etməməsi və aralarındakı yaş fərqinə görə cəmiyyətin qınağı da daxildir” – Besson BFMTV-yə danışıb.

“Xüsusən də əgər qadın yaşlıdırsa, cəmiyyət həmişə şübhəli yanaşır” – o, əlavə edib.

Bu, doğrudan da belədir. Məsələn, ABŞ prezidenti Donald Tramp Melania Trampdan 24 yaş böyükdür, lakin bu yaş fərqini cəmiyyət normal qarşılayır.

Lakin cəmiyyətin bütün qınaqlarına baxmayaraq Emmanuel Makron və Bricit Tronyö birlikdə daimə poza verərək Fransa jurnallarına çıxaraq stereotipləri dağıtmağa və sevgi ilə dolu modern ailə həyatı yaşadıqlarının portretini verməyə çalışdı.
Makron “İrəli, Fransa”nın son tədbirində dedi ki, bu inkaredilməzdir ki, onlarınkı klassik ailə tipi deyil. “Lakin bu ailədə sevginin olmadığını göstərirmi, məncə, yox. Ola bilər ki, burada ənənəvi ailədən də çox sevgi var.

Tronyö bir moda təqibçisidir və hər zaman şık geyinir. Məsələn, “Dior” və “Louis Vuitton” son sərgilərində ön sıralarda yer almışdı.

Birinci ledi kimi Tronyö gənclərə diqqətini yönəldəcəyi və onların inkişafına fokuslanacağını bildirib/musavat.com

interposta.info
Bricit Tronyönün birinci madamlığa gedən həyat hekayəsi
Bricit Tronyönün birinci madamlığa gedən həyat hekayəsi

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26