Interposta.Info

Emmanuel Makron populyarlıq reytinqində bir çox siyasətçidən geri qalır

Siyasət
 13-02-2019, 17:31     10 377

Fransa prezidenti Emmanuel Makron populyarlıq reytinqində bir sıra sabiq və hazırkı siyasətçilərdən geri qalır.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə məlumat “Ifop-Fiducial” ictimai rəy institutunun “Paris Match” nəşri və “Sud Radio” radiostansiyası üçün hazırladığı reytinqin nəticələrində yer alıb. Sorğunun nəticələrinə əsasən, Fransanın sabiq ekologiya naziri Nikola Yulo reytinqə başçılıq edir. Belə ki, rəyi soruşulanların 73 faizi onun haqqında yaxşı fikirdədir. Respondentlərin 56 faizinin etimadını qazanan sabiq baş nazir Alen Jüppe siyahıda ikinci yeri tutub.

Bununla yanaşı, rəyi soruşulan fransızların cəmi 36 faizi Emmanuel Makron, 47 faizi isə Baş nazir Eduar Filipp barədə müsbət fikir səsləndirib. Fransa Xarici İşlər Nazirliyinin rəhbəri Jan-İv Le Drian (49 faiz) ən populyar nazir olub. Maraqlıdır ki, Makronu hətta sabiq prezident Nikola Sarkozi (42 faiz) də qabaqlaya bilib.

Bildirilir ki, 18 yaşdan yuxarı 1002 vətəndaşın iştirak etdiyi sorğu fevralın 8-9-da telefon vasitəsi ilə keçirilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26