Interposta.Info

İsrailin keçmiş baş naziri hakimiyyəti atəşkəsə çağırdı: “ABŞ-nin tələbləri ilə razılaşmaq lazım gələcək”

Dünya
 7-11-2023, 15:33     69 681

“İsrailin Qəzza zolağında əməliyyatı başa çatdırmaq və Qərblə münasibətləri korlamamaq üçün cəmi bir neçə həftə vaxtı var”.

Bu sözləri “Politico” nəşrində müsahibəsində İsrailin keçmiş baş naziri Ehud Barak deyib.
Ehud Barak ölkənin hazırkı hökumətini Vaşinqtonun narazılığına görə Qəzza zolağında əməliyyatı yaxın iki-üç həftə ərzində başa çatdırmağa çağırıb. 
Barakın fikrincə, Qəzza zolağında HƏMAS-ın tamamilə məhv edilməsi üçün uzun əməliyyat lazımdır ki, bu da təxminən bir il davam edə bilər, lakin İsrail ABŞ-nin atəşkəs tələbləri ilə razılaşmalı olacaq.
O əlavə edib ki, İsrailin anklava endirdiyi zərbələr səbəbindən, xüsusilə də ABŞ-də məsələ ilə bağlı ictimai rəy sürətlə dəyişir.
“Biz hücumlar səbəbindən amerikalılarla toqquşmağa doğru gedirik. Amerika İsrailə nə edəcəyini diktə edə bilməz. Amma biz onları gözardı da edə bilmərik”, - deyə o vurğulayıb.

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26