SAXAL Qəzzada İsrailə sızmağa rəhbərlik edən “Nuhba” yaraqlılarını məhv etdi - VİDEO
İsrail qırıcıları cümə günü Qəzza zolağında bir neçə hədəfə zərbələr endirib, onlarla fələstinli HƏMAS yaraqlısını məhv edib.
"İnterPosta"-nın məlumatına görə, bu barədə İsrail Müdafiə Ordusunun (SAXAL) Mətbuat Xidməti məlumat yayıb.
“SAXAL Qəzza zolağında HƏMAS terrorçularının hədəflərinə zərbələr endirməkdə davam edir və onlarla “Nuhba” terrorçusunu məhv edib”, - deyə müdafiə qurumunun sosial şəbəkə hesabından bildirilib.
Bəyanatda deyilir ki, “Nuhba” yaraqlıları ötən şənbə (oktyabrın 7-də) İsrailə sızmağa rəhbərlik edən aparıcı qüvvələrdən biri idi.
GoldMedia.Az
[frame=https://baku.tv/dunyaa/israil-ordusu-qezza-zolaginda-onlarla-hemas-yaraqlisini-mehv-edib#t=1]
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26



