İsrail gecə ərzində Qəzza zolağında 80-dən çox hədəfə zərbə endirib
İsrail Müdafiə Ordusu (SAXAL) dünən gecə Qəzza zolağının Beyt Hanun şəhərində HƏMAS-ın 80-dən çox hədəfinə zərbələr endirib.
Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
“Gecə ərzində SAXAL qırıcıları Qəzza zolağında Beyt Hanunda 80-dən çox hədəfi vurub”, - deyə ordunun “Telegram” kanalında paylaşdığı məlumatda deyilir.
Hədəflər arasında İsrail ordusunun məlumatına görə, HƏMAS tərəfindən istifadə edilən iki bank şöbəsi, yeraltı tunel və HƏMAS-ın iki əməliyyat komandanlıq mərkəzi olub.
SAXAL, həmçinin HƏMAS-ın şimal briqadasının qərargahının, “İslami Cihad” komandanlıq mərkəzinin və İsrail hərbçilərinin məlumatına görə, silah anbarının və “İslami Cihad” yaraqlıları üçün bazanın yerləşdiyi məscidə zərbə endirdiklərini elan edib./TASS/oxu.az
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26