İsrail Qəzza zolağından əlini çəkir? - HƏMAS-a qarşı üç mərhələli müharibə
İsrailin müdafiə naziri Yoav Qallant ölkəsinin müharibənin bitməsindən sonra "Qəzza zolağındakı həyata cavabdeh” olmayacağını deyib.
Bu barədə"İnterPosta" Financial Times-a istinadən xəbər verir https://www.ft.com/content/d583f2eb-44f3-48cc-9910-619eac68dcef .
Nazirin sözlərinə görə, müharibə üç mərhələdə baş verəcək və İsrail vətəndaşları üçün "yeni təhlükəsizlik reallığı” yaradacaq.
Birinci mərhələ "terrorçuları zərərsizləşdirmək və HƏMAS infrastrukturunu məhv etmək” məqsədi daşıyan hava bombardmanları və quru əməliyyatlarından ibarət olacaq”, - deyə o bildirib.
Nazirin sözlərinə görə, ikinci mərhələ Qəzza zolağında "müqavimət ocaqlarını” aradan qaldırması məqsədilə daha aşağı intensivlikli döyüşləri əhatə edəcək.
Üçüncü mərhələ isə "İsrailin Qəzza zolağındakı həyata məsuliyyətdən azad edilməsini və israillilərə yeni təhlükəsizlik reallığının yaradılmasını” tələb edəcək. /qaynarinfo.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26