Interposta.Info

İsrail HƏMAS-ın hərbi düşərgəsinə nəzarəti ələ keçirdi

Dünya
 6-11-2023, 12:11     70 674

İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS hərbi düşərgəsinə nəzarəti ələ keçirib. 

"İnterPosta" TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı İsrail ordusunun Mətbuat xidməti yayıb. 
Məlumatda qeyd edilib ki, İsrail Müdafiə Qüvvələrinin quru bölmələri Qəzza zolağında HƏMAS hərbi düşərgəsini nəzarətə götürüb. Kompleks ərazisində müşahidə məntəqələri, yaraqlılar üçün təlim sahələri və yeraltı tunellər var.
 
Əməliyyat zamanı bir neçə terrorçunun da zərərsizləşdirildiyi bildirilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26