Interposta.Info

Almaniya elit döyüşçülərini Kiprə göndərib: Qəzzada əməliyyat ola bilər
 

Dünya
 18-10-2023, 19:58     19 511

Alman mətbuatının məlumatına görə, Almaniya öz elit döyüşçülərini - məşhur “döyüş üzgüçüləri”ni Kiprə göndərib. Xüsusi təyinatlılar döyüş sursatı ilə təchiz olunublar.

Xəbərdə deyilir ki, Qəzzada və ya Livanda mümkün əməliyyat zamanı dənizdən “döyüş üzgüçüləri”ndən istifadə olunacağı istisna edilmir.

Bundan əlavə, girovların azad edilməsi ilə məşğul olan xüsusi federal polis dəstəsi də səfərbər edilib.

Almanlar bölgədə hərbi nəqliyyat təyyarələrini də cəmləşdiriblər.
Almaniya hökuməti istənilən varianta hazır olduğunu bildirib. Ehtimal olunur ki, alman girovlarının həmas əsirliyindən azad edilməsi üçün əməliyyatlar, eləcə də bütün Almaniya vətəndaşlarının Qəzza zolağından və ya Livandan təxliyəsi həyata keçirilə bilər.

InterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26