Interposta.Info

Almaniya xəbərdar edilibmiş:

Dünya
 20-07-2017, 11:17     561

Türkiyə dövlət təhlükəsizlik orqanları G20 sammiti öncəsi almaniyalı həmkarlarına Rəcəb Tayyib Ərdoğana qarşı sui-qəsd təhlükəsi barədə məlumat veriblər.

Axar.az xəbər verir ki, bu barədə “Velt” informasiya yayıb.

Məlumata görə, 6 iyulda sammit ərəfəsində alman təhlükəsizlik orqanlarına “alman polisi forması geyinmiş şəxslər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana sui-qəsd təşkil edə bilər” yazılmış məktub daxil olub. Bundan əlavə həmin məktubda şübhəli bilinən şəxsin kimliyi də göstərilib. Bu şəxsin keçmiş türk polisi olduğu bildirilir.

Alman polisi nəşrin faktla bağlı sorğusuna cavab olaraq informasiyanı təsdiqləyib, ancaq hücum faktının olma ehtimalı istisna edilib.

Xatırladaq ki, G20 sammiti iyul ayının 7-dən 8-ə qədər Almaniyanın Hamburq şəhərində baş tutub.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26