Interposta.Info

Ərdoğana sui-qəsd hazırlanır: 10 günə… –

Dünya
 16-01-2017, 14:10     611

Ərdoğana sui-qəsd hazırlanır: 10 günə… –


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Baş nazir Binəli Yıldırım, eks-baş nazir Əhməd Davudoğlu və digər şəxslərə qarşı sui-qəsd hazırlanır.

Axar.az xəbər verir ki, bu iddianı Ukrayna Qarapapaq Türkləri Milli Şurasının (UQTMŞ) sədri Daşqın Gülməmmədov səsləndirib. Onun sözlərinə görə, Türkiyənin yüksək vəzifəli şəxslərinin fiziki cəhətdən məhv edilmələri üçün genişmiqyaslı terror aktları həyata keçiriləcək:

“10 gün ərzində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana, Baş nazir Binəli Yıldırıma, eks-baş nazir Əhməd Davudoğluna, İstanbul valisi Vasif Şahinə, Kayseri valisi Süleyman Qamçıya, İstanbul Polis İdarəsinin rəisi Mustafa Çalışqana və Kayseri Polis İdarəsinin rəisi İbrahim Qululara sui-qəsd həyata keçiriləcək”.

D.Gülməmmədov məlumatı haradan əldə etdiyi barədə heç bir mənbə göstərməyib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26